Qəzaya uğrayan təyyarəyə son anda iki nəfər niyə minməyib?

26.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ötən gün Bakı-Qroznı reysi ilə uçan və Aktauda qəzaya uğrayan “Embraer 190” təyyarəsinə Azəbaycanda olan iki Tacikistan vətəndaşı da bilet alıb, lakin onların uçuşuna icazə verilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” yazıb.

Sənişinlərə uçuşa hansı səbəbdən icazə verilmədiyi açıqlanmayıb. Məlumata görə, həmin şəxslər hazırda sağ-salamatdırlar. Lakin həlak olanların yer aldığı siyahıda onların adları səhvən qeyd olunub.

Qeyd edək ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-nin həlak olduğu açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью