Icma.az, Azvision saytına istinadən bildirir. AzVision.az xəbər verir ki, Panamanın inşaat və buna yaxın sahələrinin əməkdaşlarının Vahid Mi
“Fürsətdən istifadə edərək, ABŞ hökumətinin kanalımızı geri almaq niyyəti barədə açıqlamasını qəti şəkildə rədd etdiyimizi bildirmək istərdi
Biz hökumətdən daha qətiyyətli davranmağı xahiş edirik”, - etirazçılardan biri deyib.
Protest aksiyasında ABŞ bayrağı və “Tramp Kanadanın düşmənidir” yazısı olan plakatlar yandırılıb.
- Biz Donald Trampın təhdidlərini rədd edirik. Bura Panama ərazisidir.
Biz kanalı qoruyacağıq”, - İnşaat işçilərinin Həmkarlar İttifaqının baş katibi Saul Mendez vurğulayıb.
Qrenlandiya da Trampın hədəfləri siyahısına düşüb Xatırladaq ki, iki gün əvvəl Tramp “Truth Social” şəbəkəsində Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmadığı təqdirdə ABŞ ona nəzarətin qaytarılmasını tələb edə biləcəyini yazıb.
O, kanaldan istifadə üçün tələb olunan yüksək tarifləri tənqid edərək, 1999-cu ildə kanala nəzarətin verilməsinin digər ölkələrə güzəştdən çox “əməkdaşlıq jesti” olduğunu vurğulayıb və Panama hakimiyyətini öz siyasətinə yenidən baxmağa çağırıb.