Qəzəbli öküzün üstündən tullanmaq istəyi ölümü ilə nəticələndi

15.11.2024

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Qəzəbli öküzün üstündən tullanmaq istəyi ölümü ilə nəticələndi

Kolumbiyanın Bolivar şəhərində keçirilən festivalda "Kölgə" ləqəbli Con Mario Puello Kabalero adlı nümayişçi təhlükəli hərəkətdən sonra ölüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə böyük izdiham və kameralar qarşısında baş verib.

O, qəzəbli öküzün üstündən tullanmaq istəyərkən onun buynuzuna dəyərək ölüb.

Kabaleronun qəfil ölümü festivalın qalan hissəsini təxirə salıb. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Ekspertlər belə tədbirlərdə təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью