Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində"Ağdaş"ı qəbul edən "Qaradağ Lökbatan" 8:0 hesablı qələbə qazanıb. Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Oyunun birinci hissəsi maraqlı keçdi. İkinci hissədə rəqib azlıqda qaldı. İki futbolçunun qırmızı vərəqə alması onların oyununa təsir etdi. İnaniram ki, "qırmızı" almasaydılar, hesab belə olmazdı. "Ağdaş"ın əzmkar, meydanda mübarizə aparan futbolçuları var. İki futbolçuları qovulduğu üçün oyun planları pozuldu. "Ağdaş"a gələcək oyunlarda uğurlar arzulayıram".
Nihat