Qəzənfər Abdullayev daha bir vəzifəsini itirdi

07.10.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və qurum sədrinin vəzifəsindən azad olunması məsələsinə baxılıb.

Qərara əsasən, Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunanadək bu vəzifə müavin Xatirə İbrahimliyə həvalə olunub.

Qeyd edək ki, daha əvvəl Q.Abdullayevin deputat mandatı da ləğv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью