Qəzvində əksinqilabçılar həbs edildi

13.12.2024

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi Güney Azərbaycanın Qəzvin şəhərində əməliyyat keçirib.

Gunaz.tv

Bu barədə SEPAH-ın Qəzvin əyalətindəki "Sahib əl-Əmr" qərargahının ictimaiyyətlə əlaqələrbölməsi məlumat yayıb.

Məlumata görə, saxlanılanlar "əks-inqilabçı" və "müxalif təşkilatlara üzv" olduqları iddia edilib.

SEPAH-ın yaydığı bəyanatda onların “hökumət əleyhinə yalan xəbərlər yaydıqları” və "təxribat törətmək" planlaşdırdıqları deyilir.

Saxlanılanların sayı və kimliyi barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью