Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fevralın 1-də Qəzvin əyalətində etiraz aksiyalarında iştirakda şübhəli bilinən daha 148 nəfər həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə əyalətin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Saxlanılanlardan 31 nəfərinin hökumətə müxalif qrupların üzvü olduğu bildirilib.
Onlar 11 hökumət məmurunun öldürülməsində, dövlət əmlakını dağıtmaqda, müqəddəs məkanları, o cümlədən məscidləri yandırmaqda günahlandırılıblar.
Həbs edilənlərin kimliyi və harada saxlanıldıqları barədə məlumat verilməyib.