Qəzza bölgəsində baş verənlər mənim ürəyimi paramparça edir Roma Papası | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qeybət etməyin, xeyir-dua verin, xoş sözlər qardaşlıq və birlik yaradır, insanlığı bərqərar edir..." Şənbə günü, dekabrın 21-də Roma Papası Fransisk Vatikanın müxtəlif departamentlərinə başçılıq edən kardinallar qarşısında illik Milad müraciətilə çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" nəşri yazıb.
Məlumatda deyilir ki, bu dəfə Roma Papası öz çıxışını İsrailin Qəzza bölgəsinə aviasiya zərbələrini xatırlatmaqla başlayıb.
"Dünən uşaqlar bombardman edilib. Bu, qəddarlıqdır. Bu, savaş deyil.
Mən bu barədə demək istədim, çünki bu, mənim ürəyimi param-parça edir", - pontifik deyib.
Daha sonra o, İsrail hakimiyyətinə öz vədini pozaraq Qüdsün katolik kilsəsi patriarxatının rəhbəri, kardinal Pyerbattist Pitsbalı Qəzzaya buraxmaqdan imtina etdiyindən şikayətlənib.
Vatikan rəhbərinin dəftərxanası Fransiskin bu bəyanatını şərh etməkdən imtina edib.
Tam oxu
Xəbəri oxu