Qəzza danışıqlarında iştirak edən qətərli diplomatlar Misirdə yol qəzasında ölüb

12.10.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qəzza münaqişəsi ilə bağlı danışıqlar aparan Qətər nümayəndə heyətinin tərkibində olan ən azı üç diplomat Şarm əl-Şeyx yaxınlığında baş verən yol qəzasında həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə "Al Arabiya" televiziyası məlumat yayıb.

Qeyd olunub ki, Qətər nümayəndə heyətinin maşını Şarm əl-Şeyx Konqres Mərkəzinin yaxınlığında qəzaya düşüb. Hadisə nəticəsində 3 diplomat həlak olub, daha ikisi yaralanıb və onlar reanimasiyadadır.

Qeyd edək ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə "Sülh Sammiti" keçiriləcək və ona 20 ölkənin lideri dəvət olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью