Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransız rejissor Elen Lam Tronqun ekranlaşdırdığı 72 dəqiqəlik "Dans Gaza" sənədli filmi 14 noyabrda Monrealda keçirilən "Cinemania" frankofon kino festivalında "Ən yaxşı sənədli film" mükafatına layiq görülüb.
Kulis.az xəbər verir ki, film 7 oktyabr 2023-cü il hadisələrindən sonrakı ilk yeddi ayda xarici medianın girişinin qadağan edildiyi Qəzzada həyatlarını riskə ataraq çalışan "Agence France-Presse" (AFP) agentliyinin dörd fələstinli jurnalistinin – Mai Yaqi, Adel Zaanun, Mahmud Hams və Məhəmməd Abedin gündəlik mübarizəsini əks etdirir.
Qəzzaya daxil ola bilməyən rejissor filmi jurnalistlərin təxliyəsindən sonra Qahirədəki görüşləri və onların mühasirə zamanı şəxsən çəkdikləri arxiv kadrları (filmin 85%-i) əsasında montaj edib.
Mükafatı komanda adından qəbul edən Adel Zaanun onu həlak olmuş həmkarlarına ithaf edib.
Daha əvvəl "FIGRA" və Yeni Zelandiyanın "Doc Edge" festivallarında da qalib olan Fransa–Belçika istehsalı ekran əsəri 2027-ci il "Oskar" mükafatlarında namizədlik üçün əsas iddialılardan biri hesab olunur.
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm? Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik" "8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri