Qəzza hökuməti: İsrail bu gün 19 mülki evi dağıdıb

30.06.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzzanın şimal bölgəsində yerləşən mülki yaşayış evlərini birbaşa hədəfə aldığını açıqlayıb.

Bakıvaxtı.az bu barədə Fələstin Hökumətinin Qəzza zolağındakı Media Ofisinə istinadla xəbər verir.

Məlumatda bildirilir ki, son hücumlar nəticəsində azı 19 ev tamamilə dağıdılıb. Qeyd olunur ki, həmin evlərdə mülki vətəndaşlar yaşayıb və dağıntılar zamanı çox sayda insanın zərər çəkdiyi ehtimal olunur.

Qəzza hökuməti hadisəni mülki əhaliyə qarşı açıq hücum kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti İsrailin hərbi əməliyyatlarını dayandırmağa çağırıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью