Qəzza ilə bağlı razılaşma... HƏMAS

21.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fələstinin HƏMAS, “İslami cihad” və “Fələstinin azadlıq cəbhəsi” hesab edirlər ki, İsrail tərəfi ilə Qəzza bölgəsi ilə bağlı razılaşma üçün heç vaxt olmadığı qədər yaxındırlar.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə üç radikal hərəkatın bəyanatında deyilir.

Bəyanat HƏMAS-ın telegram-kanalında dərc edilib.

Qeyd olunub ki, Qahirədə keçirilən görüşdə hər üç təşkilat Qəzzada döyüşlərin dayandırılmasında maraqlı olduqlarını bildiriblər, çünki “əgər İsrail əlavə şərtlər irəli sürməsə razılaşma əldə etmək imkanı əvvəllər olmadığı qədər yaxındır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью