Qəzza sakinləri türk ölkələrinə köçürülür?

22.06.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəzza zolağı sakinlərinin Qazaxıstan, Özbəkistan və Tacikistana təxliyəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar dezinformasiyadır.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Bu məlumat həqiqətə uyğun deyil. Sizdən yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik”, - deyə Qazaxıstan XİN bildirib.

Qeyd edək ki, yayılan iddialarda Qəzzadan mərhələli təxliyənin 2026-cı ildə başlayacağı iddia edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью