Qəzza sakinlərini bu ərazidə məskunlaşdırmaq istəyir

06.02.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Tramp administrasiyası Qəzza sakinlərinin məskunlaşdırılması üçün Afrikadakı üç ərazini nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bilidirilib ki, bu ərazilər Somalilend və Puntland, həmçinin Mərakeşdir.

Üç ərazinin ortaq cəhəti ABŞ-nin dəstəyinə təcili ehtiyacdır, çünki Somaliland və Puntland beynəlxalq tanınmağa çalışır, Mərakeş isə Qərbi Saharada davam edən ərazi mübahisəsinə malikdir. 

Qeyd edək ki, Tramp daha əvvəl demişdi ki, Qəzza sakinləri Misir və İordaniyaya köçürülməlidir. Bir neçə ərəb dövləti bu təklifə qarşı çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью