“Qəzza üçün həyat dəhlizi”: Etirazçılar BMT Baş katibinin evinin önündə toplaşıblar

23.07.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin baş katibi Antonio Quterreşin iqamətgahı qarşısına toplaşan bir qrup Qəzzada aclığa son qoyulması tələbi ilə nümayiş keçirib.

Bizimyol.info xəbər verir ki, “Fələstin üçün dayandırın” qrupunun üzvləri Quterreşin Nyu-Yorkdakı rəsmi iqamətgahı qarşısına toplaşaraq nümayiş keçiriblər.

Nümayişçilər BMT-ni təcili, maneəsiz və adekvat humanitar yardımın Qəzzaya çatmasını təmin etmək üçün konkret addımlar atmağa çağırıblar. Əllərində “Aclığı dayandırın”, “Quterreş: Sükut şəriklikdir” və “Qəzza üçün həyat dəhlizi” yazılmış plakatlar tutan nümayişçilər BMT-nin İsrailə qarşı daha aydın və daha qəti addımlar atmalı olduğunu bildiriblər.

Qrup adından yayılan bəyanatda: "BMT-nin vəzifəsi mülki insanları qorumaqdır. Quterreşin Qəzzada aclığı dayandırmaq üçün səlahiyyətindən istifadə etməməsi qəbuledilməzdir", - deyə qeyd edilib.

Polisin ciddi təhlükəsizlik tədbirləri ilə davam etdiyi etiraz aksiyası insidentsiz başa çatıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью