Qəzza üçün yığılan pullar birjada batdı Türkiyədə qalmaqal

23.10.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Türkiyə Dəyanət Vəqfinin rəhbəri İzani Turan vəzifəsindən azad olunub.

Lent.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Turanla yanaşı onun iki müavini - Rəcəb Balkan və Fatih Kayacan da işdən çıxarılıb.

İzani Turan

Bildirilib ki, sözügedən şəxslər Qəzza üçün toplanan ianələrin birja fondlarına yatırıldığı iddialarından sonra postlarından azad olunublar.

Sözügedən iddialara görə, vəqf həmin ianələri birja fondlarına yatırdıqdan sonra təqribən 48 faiz həcmində zərərlə üzləşib.

Məsələ ilə bağlı vəqf daxilində araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью