Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qəzza zolağında İsrailin bombardmanları nəticəsində beş nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli xəstəxana və xilasetmə xidmətinin rəsmiləri bildiriblər. Məlumatda qeyd olunub ki, atəşkəsə baxmayaraq, Fələstin ərazisi müntəzəm olaraq, zərbələrin hədəfi olaraq qalır :
"İsrail pilotsuz təyyarəsinin bir qrup mülki şəxsi vurması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb".
İsrail hərbi mənbəyi Frans Press agentliyinə (AFP) bildirib ki, ordu həqiqətən də cihadçı terrorçuları hədəf alan zərbə endirib. Zərbənin nəticələri hələ də qiymətləndirilir.
Daha sonra mülki müdafiə xidməti ərazinin cənubundakı Xan Yunis çimərliyində çadırın bombalanması nəticəsində iki nəfərin öldüyünü və 27-dən çox insanın yaralandığını bəyan edib.
Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs 2025-ci ilin oktyabr ayında qüvvəyə mindikdən bəri orada ən azı 1045 fələstinli öldürülüb.
Aydın