Qəzza zolağına humanitar yardım daşıyan 71 yük maşını daxil olub

25.06.2025

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Qəzza zolağına humanitar yardım daşıyan 71 yük maşını daxil olub.

Trend İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrailin Ərazilərdə Hökumət Fəaliyyətinin Əlaqələndirici Qurumu (COGAT) bəyanat yayıb.

Qeyd edilir ki, İsrail mayın 19-dan etibarən Qəzzaya humanitar yardımların çatdırılmasını bərpa edib. Həmin vaxtdan bəri Fələstin anklavına 2104 yük maşını daxil olub.

Yardımın çatdırılması Qəzzanın Kerem Şalom və Zixim nəzarət buraxılış məntəqələri vasitəsilə İsrailin aidiyyəti qurumlarının nəzarəti altında həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью