Qəzza zolağında 1410 fələstinli ailə itki verib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

26.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən hücumlarını davam etdirdiyi Qəzza zolağında 1410 fələstinli ailənin hər bir üzvünün öldürüldüyü bildirilib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Verilən açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzada həyata keçirdiyi soyqırımda ailələrə qarşı 7160 qırğın törətdiyi bildirilib.

Açıqlamada, bir ildir davam edən soyqırım zamanı 1410 ailənin hamısının - 5 min 444 nəfərin həlak olduğu və 3 min 463 ailənin yalnız bir üzvünün, 2 min 287 ailənin birdən çox üzvünün xilas olduğu deyilib.

520 üzvünün həyatını itirdiyi Ən-Nəccar ailəsinin Qəzzada ən çox itki verən ailə olduğu qeyd olunub.

Əl-Misri ailəsindən 287, Aşur ailəsindən 217, Hicazi ailəsindən 199 nəfərin və Avd ailəsindən 198 nəfər həyatını itirib.

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью