Qəzza zolağında 2 milyon fələstinli tamamilə humanitar yardımdan asılıdır

22.04.2025

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəzza zolağında və İordan çayının Qərb sahilində müharibənin eskalasiyası baş verir.

“Report” Fələstinin informasiya agentliyi WAFA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin hökumətinin kommunikasiya mərkəzinin hesabatında deyilib.

Qeyd olunub ki, atəşkəsin pozulduğu 18 mart 2025-ci ildən bəri Qəzza zolağında 1 827 fələstinli öldürülüb, daha 4 828 nəfər yaralanıb.

Bundan başqa, 420 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb.

“Səhiyyə sistemi çöküb, çörəkxanalar bağlanıb və 2 milyon fələstinli hazırda Qəzza zolağına buraxılmayan humanitar yardımdan tamamilə asılıdır”, – hesabatda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью