Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib YENİLƏNİB | Icma.az
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma qüvvəyə minib.
APA-nın xəbərinə görə, İsrail və HAMAS arasında Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma yerli vaxtla saat 08:30-da qüvvəyə minib.
*** saat 09.03 İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Filadelfiya dəhlizinə çəkilməyə başlayıb.
APA-nın xəbərinə görə, bu barədə “Yerusalem Post” məlumat yayıb.
İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Misirlə-Qəzza zolağının sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilir.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilir.
HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bazar günü mübadilədə azad edilməsi planlaşdırılan israilli girovların siyahısının İsrailə təhvil verilməsinin texniki səbəblərdən gecikdiyini aşıqlayıb.
Tam oxu
Xəbəri oxu