Qəzza zolağında daha iki ev vurulub Ölənlər var

07.01.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Bu gnm İsrail Qəzza şəhərində və Nusayrat Qaçqınlar Düşərgəsində mülki evləri bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 6 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Bu barədə yayılan məlumatı Qəzza Mülki Müdafiə İdarəsi təsdiqləyib. Bildirilib ki, İsrail döyüş təyyarəsi Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsində Sahvil ailəsinin evini vurub: "Nəticədə eyni ailənin 4 üzvü ölüb, 9 yaralı var. Nusayrat Qaçqınlar Düşərgəsindəki Abid ailəsinin evinin bombalanmasında isə 2 nəfər həyatı ilə vidalaşıb, 7 nəfər ağır yaralanıb"

Məlumatda o da deyilir ki, döyüş təyyarələrinin Meqazi Qaçqınlar Düşərgəsindəki bələdiyyə parkı yaxınlığında köçkünlərin sığındığı çadırı da  bombalayıb: "Burada ölü və yaralı sayı dəqiqləşdirilir"

Tahir Şəlvəli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью