Qəzza zolağında istənilən beynəlxalq qüvvə BMT yə tam tabe olmalıdır

17.11.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Fələstin qrupları, o cümlədən Qəzza zolağında sülhməramlı qüvvələr yalnız BMT-yə tabe olmalıdır, əks halda onlar işğalçı qüvvələrə çevriləcəklər. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı HƏMAS-ın "Telegram" kanalında müvafiq bəyanat dərc olunub.

“Biz hesab edirik ki, istənilən beynəlxalq qüvvə BMT-yə tam tabe olmalı və müstəsna olaraq Qəzza zolağında Fələstinin dövlət qurumları ilə koordinasiyada hərəkət etməlidir”, - bəyanatda deyilir.

Bu gün BMT Təhlükəsizlik Şurası ABŞ-nin dəstəklədiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsinə səs verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью