Qəzzada 3 körpə donaraq ölüb

26.12.2024

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzzada yaşayan 3 körpə donaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə nazirliyindən məlumat verilib.

Belə ki, İsrailin Qəzzaya davam edən hücumları səbəbindən minlərlə fələstinli təhlükəsiz sığınacaq tapmaq ümidi ilə Əl-Məvasi bölgəsindəki müvəqqəti çadır düşərgələrinə sığınıb. 

Lakin bölgədə hökm sürən kəskin soyuqlar müdafiəsiz körpələrin həyatını təhlükə altına salıb. Bildirilib ki, artıq 3 körpə donvurma nəticəsində dünyasını dəyişib.

Səhiyyə nazirliyinin əməkdaşının mediaya açıqlamasında ölkənin tibb sisteminin çöküş rejimində olduğu, xüsusilə körpələrin sağlamlığının qorunmasında ciddi təhlükənin yarandığı vurğulanıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью