Qəzzada 4 fələstinli öldürülüb

09.02.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəzza şəhərinin şərqində İsrail Ordusunun bölmələrinin yerləşdiyi ərazi yaxınlığında fələstinlilərə atəş açılıb.

APA-nın xəbərinə görə, bu barədə Fələstin mediası məlumat yayıb.

Nəticədə 3 nəfər ölüb.

Digər olay Xan Yunis şəhərinin şərqində, Əl-Karar qəsəbəsində baş verib. Nəticədə bir fələstinli qadın ölüb.

Qeyd edək ki, bundan öncə İsrail Ordusu fələstinliləri israilli hərbçilərin olduğu sərhəd və bufer bölgələrə yaxınlaşmamağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью