Qəzzada 4 İsrail əsgəri öldü | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Qəzza zolağının cənubunda daxil olduqları binada əldəqayırma partlayıcı qurğunun
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusu əsgərlərin girdiyi binaya yerləşdirilən partlayıcının partlaması nəticəsində binanın çökdüyünü
Ölən 4 İsrail əsgərindən ikisinin 33 yaşlı Çen Qross və 19 yaşlı Yoav Raver olduğu, digər ikisinin adının isə ailələri tərəfindən açıqlanmad
Yaralanan 5 əsgərdən birinin vəziyyətinin ağır olduğu qeyd edilib.
İsrailin KAN dövlət televiziyası hadisənin səhər saat 06:00 radələrində Xan Yunus şəhərinin şimalında baş verdiyini bildirib.
Partlayıcı qurğunun İsrail əsgərlərinin binaya daxil olduğu zaman işə düşdüyü və əsgərlərin çökən binanın dağıntıları altında qaldığı, 4 əsgərin isə hadisə yerində öldüyü bildirilib.
Yaralı əsgərlərin helikopterlə bölgədən çıxarılaraq müalicə olunmaq üçün xəstəxanaya göndərildiyi, ölən əsgərlərin cəsədlərinin saatlarla davam edən işdən sonra dağıntılar altından çıxarıldığı qeyd edilib.
Keçən həftə Qəzza zolağında 8 İsrail əsgəri həlak olarkən, bugünkü hadisə İsrailin qurudan hücumuna başladığı 27 oktyabr 2023-cü ildən bu yana qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayını 424-ə çatdırıb.
Tam oxu
Xəbəri oxu