Qəzzada 5 ci əsir mübadiləsi baş tutacaq

08.02.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bu gün İsrail və HƏMAS arasında əsir mübadiləsinin beşinci mərhələsi baş tutacaq.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məluamata görə, HƏMAS 3 israillini, İsrail isə 183 fələstinlini azad edəcək.  

HƏMAS-ın açıqlamasına görə, azad ediləcək israillilər Eli Şarabi, Or Levi və Ohad Ben Amidir. 

HƏMAS-ın məlumatına görə, sərbəst buraxılacaq fələstinlilərdən 18-i ömürlük həbs, 54-ü ağır cəza alan, 111-i isə 7 oktyabr hadisələrindən sonra saxlanılanlardır.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью