Qəzzada 50 min hamilə qadın aclıqla mübarizə aparır

29.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini, Qəzzada 50 mindən çox hamilə qadının aclıqla mübarizə apardığını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “İmmunitet sistemi zəifləmiş hamilə və uşaq əmizdirən qadınlar zibil yığınları arasında həyatda qalmaq üçün mübarizə aparırlar.”,- deyə bildirilib.

Lazzarini, Qəzzada təxminən 50 min hamilə qadının olduğunu və gələn ay 4 min doğumun gözlənildiyini bildirib.

Lazzarini açıqlamasında pis gigiyena şəraitinin və təmiz suya çıxışın olmamasının hamilə və əmizdirən qadınların həyatda qalmasını çətinləşdirdiyini vurğulayıb.

Lazzarini həmçinin Qəzzanın şimalında son 7 həftədir davam edən hərbi əməliyyatlar səbəbilə 130 min insanın evlərindən zorla çıxarıldığını bildirib.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью