Qəzzada 50 mindən çox fələstininli öldürülüb

23.03.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi teleqramda bildirib.

“2023-ci ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, – nazirliyin hesabatında qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью