Qəzzada aclığın ilk əlamətləri müşahidə olunur HƏMAS

11.03.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında davam edən blokada şəraitində aclığın ilk əlamətlərinin müşahidə olunduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Hazem Qasem teleqram kanalında bildirib.

Qassem qeyd edib ki, İsrail son 10 gün ərzində anklava qidanın daxil olmasını əngəlləyir.

HƏMAS nümayəndəsi Ərəb Dövlətləri Liqasından təşkilatın Misirdə keçirilən fövqəladə sammitinin qətnaməsini, xüsusən də Qəzza zolağındakı blokadanın aradan qaldırılması ilə bağlı müddəaları yerinə yetirməyi xahiş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью