Qəzzada Al Jazeera telekanalının 5 əməkdaşı ölüb

11.08.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Telekanalın yaydığı məlumata görə, hücum Qəzzada xəstəxananın qarşısında baş verib, aviazərbə jurnalistlərin üçün nəzərdə tutulmuş çadıra tuşlanıb. Ölənlər arasında Fələstinin iranyönümlü HƏMAS terror təşkilatına işləməkdə şübhəli bilinən müxbir Ənəs Əl-Şərif də var.
Eyni zamanda, çadırdakı daha 2 nəfər də zərbə nəticəsində ölüb. Aviazərbənin məhz Əl-Şərifi zərərsizləşdirmək üçün endirilməsi ehtimalı istisna deyil.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью