“Qəzzada atəşkəs çox yaxındır” Blinken

08.01.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İsrail və HƏMAS Qəzzada atəşkəs razılaşmasına çox yaxındır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Fransa xarici işlər naziri Jan Noel Barrot ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Blinken, bildirib ki, bu yolda başlıca addım olan  girovlarla bağlı atəşkəs də artıq həllini tapmaq üzrədir:

“Ümid edirəm ki, qalan müddətdə bunu edə bilərik, amma bacarmasaq, prezident Cozef Baydenin atəşkəs və girovluq razılaşması üçün hazırladığı plan Donald Trampın administrasiyasına təhvil veriləcək. Bu, Baydenin qərarıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью