Qəzzada atəşkəs: İsrail və HƏMAS arasında razılaşma əldə olundu

15.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Publika.az xəbər verir ki, bu barədə bu barədə "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Qəzzada Fələstin xalqının iztirablarına son qoyacaq razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

Müvafiq rəsmi bəyanatın yaxın vaxtlarda dərc olunacağı deyilir.

"Al Jazeera" telekanalı razılaşmanın bəzi detallarını yayımlayıb. Atəşkəs razılaşmasının birinci mərhələsində 33 israilli girovun azad ediləcəyi, İsrailin 250-yə yaxın fələstinli məhbusu həbsxanalardan azadlığa buraxacağı və qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çekəcəyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью