Qəzzada atəşkəs razılaşmasıyla bağlı irəliləyiş əldə olunmayıb

20.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börns Qəzzada atəşkəs razılaşmasıyla bağlı danışıqlarda irəliləyiş əldə olunmadıqdan sonra Qətəri tərk edib

APA xəbər verir ki, bu barədə ABŞ rəsmisi “The Washington Post” qəzetinə bildirib.

"Girov müqaviləsi və atəşkəs razılaşmasının tamamlanması istiqamətində heç bir irəliləyiş olmadı", - deyə rəsmi bildirib.
Onun sözlərinə görə, danışıqlar üçün Qətərdə olan ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börns Qətəri tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью