Qəzzada atəşkəsdən sonra 92 fələstinli İsrail hücumunda öldü

11.02.2025

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasından sonra İsrailin Qəzza zolağında həyata keçirdiyi birbaşa hücumlarda 92 fələstinlinin həyatını itirdiyi bildirilir.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Qəzza Səhiyyə Nazirliyi atəşkəsin qüvvəyə minməsindən sonra 822 nəfərin yaralandığını bildirib.

İsrail ordusunun Qəzzaya atdığı partlayıcının partlaması nəticəsində 2 fələstinli həyatını itirib, daha əvvəl yaralanan 24 fələstinli isə həyatını itirib. Atəşkəsin qüvvəyə minməsindən sonra ölən fələstinlilərin ümumi sayı 118-ə çatıb.

Tibb qrupları dağıntılar altından 641 fələstinlinin cəsədini çıxarıb, onlardan 197-nin şəxsiyyəti hələlik məlum deyil.

Aytac,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью