Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07.12.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

HƏMAS silahlarını gələcəkdə Qəzzanı idarə edəcək “dövlət”ə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail “işğal”ı sona çatmalıdır.

"Ölkə.az" xəbər verir ki, bunu Qəzzada HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.

Qeyd edilib ki, HƏMAS lideri “dövlət” deyəndə “gələcək suveren Fələstin”i nəzərdə tutub.

Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir. “Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”, - deyə HƏMAS lideri bildirib.(publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью