Qəzzada atəşkəsə ümid: Razılaşma həmişəkindən daha yaxındır

14.01.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tərəflər Qəzzada atəşkəs danışıqları üçün bu gün Dohada görüşəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, son açıqlamalara görə, əsas maddələr razılaşdırılıb və razılaşmanın elan olunması an məsələsidir.

İsrail mediasının məlumatına görə, HƏMAS atəşkəsin ilk mərhələsində 33 girovu azad edəcək.

İsrailin baş naziri Benyamin Netanyahunun bu gün kabineti ilə görüşü və atəşkəsə qarşı olan nazirlərdən dəstək istəməsi gözlənilir.

ABŞ prezidenti Co Bayden açıqlama verib: “Qəzza razılaşması icra ərəfəsindədir”.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью