“Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlar aparılmır” HƏMAS

01.03.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Vasitəçilər hazırda Fələstinin HƏMAS hərəkatı ilə martın 2-də başlayacaq Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar aparmır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Hazem Qasem məlumat verib.
“Müqavimət və vasitəçilər tərəfindən imzalanan atəşkəs razılaşmasının birinci mərhələsi bu gün başa çatır. İkinci mərhələ üzrə danışıqlar atəşkəsin 16-cı günündə başlamalı idi, lakin bu, İsrailin razılaşmaları dəfələrlə pozan mövqeyinə görə baş tutmadı. Hazırda HƏMAS ilə ikinci mərhələ üzrə danışıqlar aparılmır, ikinci mərhələ üzrə qarşılıqlı əlaqə yoxdur”, - o, Qətərin “Əl Ərəbi” telekanalında bildirib.
Qasem vurğulayıb ki, HƏMAS Qəzzada ardıcıl üç mərhələni nəzərdə tutan atəşkəs razılaşmasını yerinə yetirməyə sadiqdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью