Qəzzada bina uçdu 14 ölü

17.09.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzza şəhərinin cənub-qərbindəki Əs-Sinaa ərazisində əvvəllər İsrail ordusunun hücumlarında zərər çəkmiş altımərtəbəli bina uçub.

525.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

İlkin məlumatlara görə, hadisədə 5-i uşaq olmaqla 14 fələstinli həyatını itirib və dağıntılar altında qaldığı güman edilən təxminən 100 nəfərə çatmaq üçün axtarış-xilasetmə əməliyyatları davam edir.

Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal bildirib ki, İsrail hücumları nəticəsində didərgin düşmüş fələstinlilər Qəzzada yaşamaq üçün başqa yerləri olmadığından zədələnmiş binalara sığınmaq məcburiyyətində qalıblar:

“Söhbət bu binada təxminən 100 nəfərdən gedir. Onların yarısı, 50 nəfəri uşaqdır. Komandalar kifayət qədər resurs olmadan dağıntılar altında qalanları xilas etmək üçün bütün gücləri ilə çalışırlar”.

Basal beynəlxalq ictimaiyyəti və bütün dünyanı məsuliyyətlərini öz üzərinə götürməyə və Qəzzada fələstinlilərə sığınacaq verməyə çağırıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью