Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qəzza şəhərinin cənub-qərbində yaşayış binasının uçması nəticəsində 9 fələstinli həlak olub, 14 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Fələstin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb.
Bildirilib ki, altımərtəbəli binanın dağıntıları altında onlarla insan qalıb. Bina sakinlərinin və yanında qurulmuş məcburi köçkün fələstinlilərin yaşadığı çadırların üzərinə çöküb.
Məlumata görə, çökmüş bina müharibə zamanı bir neçə dəfə zərbələr nəticəsində zədələndiyindən qəzalı vəziyyətdə olub.