Qəzzada bir gündə 12 fələstinli ölüb

26.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 12 fələstinlinin həyatını itirdiyi, çoxlu sayda insanın isə yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində İsrail ordusunun Qəzza zolağına hücumlarını davam etdirdiyi bildirilib.

Xəbərdə İsrail ordusunun Qəzza şəhərinin şərqindəki Tuffah rayonunda Et-Cedbe ailəsinə aid bir evə təşkil etdiyi bombalı hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 6 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib. 

WAFA-nın xəbərində, İsrail ordusunun Qəzza şəhərinin cənub-şərqində Əz-Zeytun rayonunun şərqindəki Əl-Ebrar bölgəsindəki Kişko küçəsində artilleriya atəşi ilə həyata keçirdiyi hücumda 2 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib. 

Məlumatda İsrail döyüş təyyarələrinin Qəzzanın qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsində toplaşan fələstinliləri bombalaması nəticəsində 3 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.

Xəbərdə İsrail ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) Qəzza zolağının mərkəzi hissəsindəki Bureyc Qaçqınlar Düşərgəsinin şimalını bombalaması nəticəsində 1 nəfərin öldüyü, İsrailin davamlı bombalaması nəticəsində təcili yardım qruplarının cəsədlərə çata bilmədiyi bildirilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью