Qəzzada bir gündə daha 93 nəfər öldü

17.07.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Qəzza zolağında bir gündə 90-dan çox fələstinli İsrail ordusunun əməliyyatları nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada ən azı 93 fələstinli həlak olub.
Qeyd olunub ki, onlardan 30-u izdiham və yardım paylama məntəqələrinə hücumların qurbanı olub.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib. Bildirilib ki, əməliyyatın məqsədi HƏMAS-ın son məğlubiyyəti və anklavda saxlanılan bütün israilli girovların azad edilməsidir. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyatdan sonra ordu bütün Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью