Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Qəzzada güclü yağışlar nəticəsində yüz minlərlə məcburi köçkünün sığındığı çadır düşərgələri su altında qalıb.
Sherg.az xəbər verir ki, Avropa Komissiyasının üzvü Hadja Lahbib bölgədə qış şəraitinin ağırlaşdığını və humanitar böhranın dözülməz həddə çatdığını bildirib. O, Qəzzaya təcili olaraq daha çox humanitar yardım çatdırılmasına çağırıb.
Məlumata görə, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzadakı binaların 80 faizindən çoxu dağılıb və ya ciddi zərər görüb. Yaşayış evlərinin böyük hissəsi yararsız vəziyyətə düşdüyündən əhalinin əksəriyyəti çadırlarda yaşamağa məcburdur.