Qəzzada daha 13 fələstinli öldürüldü

02.01.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İsrail ordusunun Qəzza zolağının şimal və cənub bölgələrində həyata keçirdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 13 fələstinli həyatını itirib, 15 nəfər isə yaralanıb.

"Cebheinfo.az" “WAFA” agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunus Əl-Məvasi bölgəsində fələstinlilərin sığındığı çadırı səhər saatlarında havadan bombalayıb.

Hücumda qadın və uşaqların da olduğu 11 fələstinli həyatını itirib, 15 nəfər isə yaralanıb.

İsrailin Qəzza zolağının şimalında həyata keçirdiyi hücumda iki qardaş həyatını itirib.

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən “Nusayrat” qaçqınlar düşərgəsinin qərb bölgələrini də artilleriya atəşi ilə hədəfə alıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью