Qəzzada daha 6 fələstinli öldürüldü

22.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha 6 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail hərbi qayıqlarının Qəzza şəhərində balıqçı gəmisini bombalaması nəticəsində 1 fələstinli ölüb, 1 nəfər isə yaralanıb.

Şifa xəstəxanasındakı mənbələr İsrailin Qəzza şəhərinin qərbinə təşkil etdiyi hücumda 3 fələstinlinin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib.

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin qərbini hədəf aldığı hücumda isə 2 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью