Qəzzada daha 7 nəfər öldürülüb

18.02.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Atəşkəs anlaşmasına baxmayaraq, İsrail ordusu bu gün  Qəzzada daha bir neçə bölgəyə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada  yerləşən Səhiyyə Nazirliyindən açıqlama verilib.

Qeyd olunub ki, son 24 saatda endirilən zərbələr nəticəsində daha 7 nəfər həyatı ilə vidalaşıb: "Onlardan 6-sının cəsədi dağıntılar altından çıxarılıb. 5 nəfər isə yaralanıb. Bununla da Qəzzada həlak olan fələstinlilərin sayı 48 271-ə yüksəlib".

Tahir Şəlvəli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью