Qəzzada daha 83 mülki şəxs həlak olub

25.09.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Qəzzada mülkki şəxslərin ölümü davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda baş verən hücumda daha 83 mülki şəxs həyatı ilə vidalaşıb.

Qəzza Səhiyyə Nazirliyindən bildirilib ki, bununla yanaşı 216 nəfər yaralanıb: "Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada ölənlərin sayı 65 502 nəfərə, yaralıların sayı isə 167 376 nəfərə çatıb".

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью