Qəzzada daha bir jurnalist həlak olub Agentlik rəhbəri xəstəxanada vurulub

13.05.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərində daha bir jurnalist həyatını itirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə İsrailin Nasser xəstəxanasına hücumu zamanı baş verib.

Fələstinin WAFA xəbər agentliyi yazıb ki, həmin xəstəxanada müalicə olunan  jurnalist Həsən Əbdülfəttah İslihin İsrail ordusunun təyyarəsinin zərbəsi nəticəsində elə palatada həyatı ilə vidalaşıb: "“Aləm24” xəbər agentliyində direktor vəzifəsində çalışan İslihin ölümü ilə 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzada həlak olan jurnalistlərin sayı 215-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью