Qəzzada daha bir jurnalist İsrail hücumunda həyatını itirdi

03.01.2025

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.
Sitat.info xəbər verir ki, İsrail ordusunun Qəzzada müxtəlif xəbər agentliklərində operator işləyən jurnalist Ömər Salah əl-Deyravinin evinə hava hücumu təşkil etdiyi bildirilib.

Fələstinli jurnalist Deyravi və valideynlərinin Qəzzanın mərkəzi hissəsindəki Əl-Zəvayidə bölgəsində evinin bombalanması nəticəsində həyatını itirdiyi bildirilib.

2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan jurnalistlərin sayının 202-yə yüksəldiyi bildirilib.

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью