Qəzzada daha bir məscidin minarəsi uçurulub

10.12.2024

Icma.az, Mia.az saytına istinadən bildirir.

İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərində Əl-İstiqama məscidinin minarəsini uçurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin məscid bundan əvvəl bombalandığından qəzalı vəziyyətdə olub

Bu gün isə İsrail əsgərləri ağır texnika və bulduzerlərlə həmin əraziyə gəliblər: "İsrail əsgərləri Rəfah şəhərinin şərqindəki Əl-Cenine rayonuna daxil olaraq, orada yerləşən Əl-İstiqama məscidinin minarəsini tamamilə uçurublar".

Fələstin hökumətindən bildirilib ki, ötən ilin oktyabrın 8-dən başlayan müharibədə indiyədək 819 məscid tamamilə dağıdılıb, 153 məscid isə zərər görüb.

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью